Ana Sayfa > Şou-biznes > Eks-prezident: "İnqilab olacaq"
Eks-prezident: "İnqilab olacaq"20-04-2016, 11:31. Yazar: admin |
Moldovada avropayönlü hakim koalisiyanın yeddiillik hakimiyyəti ölkədə katastrofik situasiya yaradıb. AİA.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Moldovanın eks-prezidenti Vladimir Voronin söyləyib. Onun sözlərinə görə, Moldovada hər an inqilab ola bilər: "Hazırda ölkədə yaranan katastrofik vəziyyətə ABŞ, Brüssel administrasiyası, AŞPA xeyir-dua verir. Moldovada hər keçən gün korrupsiya, mafiya güclənir. Bu hakimiyyətin zamanında ölkəni 20-40 yaş arasındakı insanların 60%-i tərk edib". Qeyd edək ki, Voronin Moldova Kommunist Partiyasının rəhbəridir. O daha çox rusiyayönlü siyasəti ilə seçilir. Geri dön |