Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub
Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub16-04-2021, 12:18. Yazar: sevinc1 |
![]() Azərbaycan Ordusunun hərbçisi mina partlayışı nəticəsində şəhid olub. Müdafiə Nazirliyindən aia.az-a bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib. Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib. aia.az Geri dön |