Ana Sayfa > Karusel / Gündəm > Xalq artisti Eldar Quliyev vəfat etdi
Xalq artisti Eldar Quliyev vəfat etdi16-04-2021, 10:55. Yazar: sevinc1 |
![]() Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev 80 yaşında vəfat edib. Bu barədə “Report”a Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. O bildirib ki, Xalq artisti bu gün səhər dünyasını dəyişib. Mərhumun harada dəfn olunacağı hələlik dəqiqləşməyib. Qeyd edək ki, E.Quliyev yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi. O, fevralın 23-ü evə buraxılmışdı. Lakin vəziyyəti ağırlaşdığına görə aprelin 9-da yenidən xəstəxanaya yerləşdirilmişdi. aia.az Geri dön |