Ana Sayfa > Dünya > İran hansı halda nüvə sazişi danışıqlarının dayandırılacağını açıqladı

İran hansı halda nüvə sazişi danışıqlarının dayandırılacağını açıqladı


16-04-2021, 09:10. Yazar: sevinc1
İran hansı halda nüvə sazişi danışıqlarının dayandırılacağını açıqladı


Nüvə sazişi barədə danışıqlar qeyri-konstruktiv istiqamətdə gedərsə, rəsmi Tehran bu prosesi dayandıra bilər.

TASS-ın məlumatına görə, bu sözləri İran xarici işlər nazirinin müavini Abbas Araqçi deyib.

“Danışıqlar gözlədiyimiz kimi konstruktiv istiqamətdə gedərsə, bizim tərəfimiz prosesi davam etdirəcək. Əgər əksi olarsa, biz danışıqları dayandıracağıq”, - deyə A.Araqçi bildirib.

aia.az
Geri dön