Ana Sayfa > Karusel / Media > Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq


15-04-2021, 15:30. Yazar: sevinc1
Buraxılış imtahanlarının nəticələri bu tarixdə məlum olacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-də keçirilən tam (11 illik) buraxılış imtahanlarının nəticələrinin elan olunacağı vaxt bilinib.

DİM-dən aia.az-a verilən məlumata görə, aprelin 16-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

AİA.AZ
Geri dön