Ana Sayfa > Karusel > Ərdoğan Bakıya gələn həftə gələcək

Ərdoğan Bakıya gələn həftə gələcək


20-04-2016, 09:01. Yazar: admin
Ərdoğan Bakıya gələn həftə gələcək




Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etmək üçün Azərbaycana aprelin 26-də səfər edəcək.

Bu barədə RİA Novosti-yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.

Bundan əvvəl Ərdoğanın Bakıya aprelin 25-27-si tarixlərində - BMT forumunun keçiriləcəyi müddət ərzində səfər edəcəyi bildirilmişdi.

"Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək", — deyə agentliyin həmsöhbəti bildirib.



aia.az
Geri dön