Ana Sayfa > Seçki 2024 > Evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Evdən çıxan koronavirus xəstəsi saxlanılıb


15-04-2021, 10:59. Yazar: sevinc1
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan aia.az-a verilən məlumata görə, Hacıqabul rayon sakini Vüqar Cəbrayılov koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.

V.Cəbrayılovun yeri polis əməkdaşları tərəfindən müəyən edilib, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

aia.az
Geri dön