Ana Sayfa > Təhsil > DİM bu gün buraxılış imtahanı keçirəcək

DİM bu gün buraxılış imtahanı keçirəcək


15-04-2021, 09:31. Yazar: sevinc1
DİM bu gün buraxılış imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

Mərkəzdən aia.az-a verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bu gün keçiriləcək imtahanlarda 8 124 şagirdin iştirakı nəzərdə tutulur.

aia.az
Geri dön