Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib14-04-2021, 16:48. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086, ötən müddət ərzində isə ümumilikdə 3 054 472 test aparılıb. aia.az Geri dön |