Ana Sayfa > Qərbi Azərbaycan > Baş allerqoloq: Pollinozlu xəstələr remissiya dövründə peyvənd oluna bilərlər
Baş allerqoloq: Pollinozlu xəstələr remissiya dövründə peyvənd oluna bilərlər12-04-2021, 15:51. Yazar: sevinc1 |
Pollinoz çiçəkləmə dövrünə xas olan mövsümi allergiyadır, xüsusilə martın axırlarından iyunun əvvəllərinə qədər davam edən bu dövrdə xəstəlikdən əziyyət çəkənlər üçün ağır dövr hesab edilir. Bundan başqa mövsümi allergiyalar dəri əlamətləri ilə müşahidə edilir. Ən çox dərinin açıq hissələrini, üz və əllərə tozcuqların qonması dermatit əlamətləri ilə özünü göstərir. Yaz allergiyasının kəskinləşdiyi dövrdə mövsümü xəstəlikdən əziyyət çəkənləri ən çox maraqlandıran peyvəndlənmə məsələsidir. Baş allerqoloq deyir ki, belə xəstələrin xəstəliyin tüğyan etdiyi dövrdə peyvənd olunması təhlükəli hesab edilə bilər: “Məsələn, pollinozun indiki dövründə xəstəlik kəskin mərhələyə qədər qoyur. Təbii ki, kəskinləşmə dövründə peyvənd vurulması məsləhət görülmür. Müəyyən vaxt keçəndən sonra, yəni xəstəliyin remissiya dövründə peyvənd etmək olar. Ölkəmizdə ən azı 5 faizə qədər pollinozlu xəstə, 10 faizə qədər asma xəstəsi var. Onların peyvənd olunmaması ciddi təhlükə ilə üz-üzə qalmaq deməkdir. Kəskinləşmə yoxdursa və xəstəlik remissiya dövründədirsə, lazım gəldikdə müvafiq dərmanları qəbul edərək mütləq peyvənd vurdurmaq məsləhətdir”. Mövsümü allergiyası olanlara bu müddətdə açıq havada çox gəzmək tövsiyə edilmir. Əsasən də çiçəkləmə dövründəki ağac və bitkilər olan ərazilərdən uzaqlaşmaq və həkim təyin etdiyi müalicəni vaxtında qəbul etmək məsləhət görülür. Əks halda yüngül allergik reaksiyalar kəskinləşərək bronxial astma xəstəliyinə səbəb ola bilər. AİA.Az Geri dön |