Ana Sayfa > Karusel / Parlament > Azərbaycanda 2 206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Azərbaycanda 2 206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib9-04-2021, 16:41. Yazar: sevinc1 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 206 yeni yoluxma faktı qeydə alınıb, 1 578 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 281 387 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 247 459 nəfər müalicə olunaraq sağalıb, 3 846 nəfər vəfat edib, aktiv xəstə sayı 30 082 nəfərdir. Ölkədə son sutka ərzində 12 692, hazırkı dövrədək isə 2 990 285 test aparılıb. aia.az Geri dön |