Ana Sayfa > Media > Məhkəmə "İDEAL" mağazalar şəbəkəsinin əvvəlki sahibinin şikayətini rədd etdi
Məhkəmə "İDEAL" mağazalar şəbəkəsinin əvvəlki sahibinin şikayətini rədd etdi9-04-2021, 16:26. Yazar: sevinc1 |
Bakı Apellyasiya Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun barəsində olan həbs qətimkan tədbiri qərarından verilən apelyasiya şikayətinə baxılıb. Trend-in məlumatına görə, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən iclasda şikayət araşdırılsa da, təmin edilməyib. İttihama görə, istintaqla İ.İsmayılovun 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib və Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. aia.az Geri dön |