Ana Sayfa > Şou-biznes > "Səhərə qədər yatmıram, küçədə gəzirəm" - Əməkdar artist Firuzə İbadova
"Səhərə qədər yatmıram, küçədə gəzirəm" - Əməkdar artist Firuzə İbadova9-04-2021, 14:21. Yazar: sevinc1 |
Anası Hökümə xanımı itirən Əməkdar artist Firuzə İbadova göz yaşlarını saxlaya bilməyib. "ATV maqazin onlarla"ya müsahibə verən müğənni anasından danışıb ağlayıb: "Uşaqlarımın xeyir işin görmədi. Anam mənə görə çox əziyyət çəkdi. Xəcalət çəkdim ki, anam pəncərəsiz evdə can verdi. Ömrümün dörd guşəsi getdi. Anam bizi zəhmətlə böyütmüşdü. Onu yuyanda elə gözəlləşdi ki, elə bil 20 yaşında qız idi. Qoymadı ki, can verməyin görüm. Məni aldadıb evdən çıxardı. Getdim, 20 dəqiqə sonra eşitdim anam vəfat edib. 67 yaşım var, yetiməm. Qızıma deyirəm məni qoyub getmə, yetiməm. Vəsiyyət etdi, dedi, uşaqlardan muğayiət ol. Hülyadan çox nigaran idi. Özümü günahkar hesab edirəm, ona az baxdım. Səfərlərdə, konsertlərdə olurdum. Anam arzularına çatmadı. Səhərə qədər yatmıram, küçədə gəzirəm. Allah uşaqlarıma kömək olsun". AİA.Az Geri dön |