Ana Sayfa > İdman > Millimizin baş məşqçisi istefa verdi
Millimizin baş məşqçisi istefa verdi19-04-2016, 18:01. Yazar: admin |
Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Perez Moreno Gomez Faustino istefaya göndərilib. Milli.Az report-a istinadən bildirir ki, ispaniyalı mütəxəssis öz istəyilə vəzifəsindən ayrılıb. O, Azərbaycanda çalışmaqdan məmnun olduğunu bildirməklə, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqavilənin qarşılıqlı razılıq əsasında yenilənməməsini xahiş edib. AFFA rəhbərliyi isə öz növbəsində Perez Moreno Gomez Faustino gördüyü işlərə və yığmaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Geri dön |