Ana Sayfa > Təhsil > Paytaxt məktəblərində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçıları işlə təmin edilir
Paytaxt məktəblərində şəhidlərin ailə üzvləri, qazi və Vətən müharibəsi iştirakçıları işlə təmin edilir9-04-2021, 12:33. Yazar: sevinc1 |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şəhidlərin ailə üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu davam edir. Bu barədə BŞTİ-dən məluçat verilib. Bildirilib ki, müvafiq müraciətlər əsasında vakant yerlərə işə qəbul ilə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 27 nəfər işlə təmin olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəhid, qazi olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi məqsədilə ümumi təhsil müəssisələrində vakant vəzifələrə (laborant, kargüzar, operator və s.) işə qəbul prosesi zamanı həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi nəzərdə tutulur. AİA.Az Geri dön |