Ana Sayfa > Gündəm > Bərdə rayonun 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.

Bərdə rayonun 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.


19-04-2016, 16:31. Yazar: admin







15 aprel 2016-cı il tarixdə Bərdə rayonun 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhər və kənd bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların və qeyri hökumət təşkilatlarının nümayəndələri, sahibkarlar, ağsaqqallar, gənclər, rayonda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin nümayəndələri, cəmi 265 nəfər iştirak etmişdir.
Yığıncaqda İlk növbədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alaraq qəhrəmancasına şəhid olmuş Azərbaycan hərbiçilərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev hesabat yığıncağı açaraq bildirmişdir ki, Erməni silahlı qüvvələrinin qoşunların təmas nətqisində törətdiyi növbəti təxribata Azərbaycan Ordusu tərəfindən verilən layiqli cavab hər bir azərbaycanlı kimi bərdəlilərin də böyük ruh yüksəkliyinə səbəb olmuşdur.
Beynəlxalq təşkilatların, münaqişə ilə məşğul olan Minski qrupunun həmsədrlərinin bəyanatları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti atəşkəs barədə qərar qəbul edərək bir daha dünya ictimayətinə ölkəmizin sülhsevər dövlət olduğunu dünyaya nümayiş etdirdi.
Bu günlərdə bərdəlilər döyüşdə şəhid olmuş şəhidləri ilə vidalaşdı, sakinlərimiz döyüş bölgəsində yaralanmış əsgər və zabitlərimizin yanında oldu, mənəvi və tibbi yardım göstərdilər. Bərdəlilər döyüçdə yaralanan əsgərlərimizə qan vermək üçün axın-axın mərkəzi xəstəxanaya üz tutdular.
Bərdəlilər əmindirlər ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə işğal altında olan torpaqlarımız azad ediləcək, doğma yurdlarından didərgin düşmüş soydaşlarımız öz doğma yurdlarına qayıdacaq, ölkəmizin ərazi bütövlüyü tam təmin ediləcəkdir.
Hesabat dövründə Azərbaycan Respublikasının Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası davam etdirilmişdir.
Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü tikilib istifadəyə verilmişdir.
Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasınin, Qarabağ kanalının maşın qolunun, Bərdə şəhəri ərazisində Tərtər çayı yatağında sahilbərkitmə, Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə, -25,5 km uzunluqda Yeni Daşkənd-Umudalılar yolunun tikintisi davam etdirilmiş, 5 kəndin qazlaşdırılması, 6 kəndin elektrik şəbəkəsinin yenidən qurulması davam etdirilmişdir.
1150 şagird yerlik şəhər 2 saylı , 1150 şagird yerlik şəhər 6 saylı, 480 şagird yerlik,şəhər 5saylı tam orta məktəblərin əsaslı təmiri, “Bərdə” türbəsinin bərpası, İmamzadənin, kommunal binaların təmiri davam etdirilmişdir. Hazırda rayonun Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir, Mollaəhmədli kəndində daxili yolların əsaslı təmiri, Qəhrəmanlı kəndində içməli su şəbəkəsinin əsaslı təmiri, Şirvanlı kəndində suvarma kanalının lildən təmizlənməsi üçün hazırlıq işləri aparılır
Manatın devalivasiyası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin tapşırıqları əsasında rayonda bir sıra tədbirlər görülmüşdür.
Ən əvvəl manatın devalivasiyasından iştifadə etmək niyətində olanlara qarşı mübarizə aparılmış, süni qiymət artımın qarşısı qətiyyətlə alınmış, rayon İcra Hakiyyətində yaradılmış komissiya vasitəsilə qiymətlərə daimi nəzarət təşkil edilmişdir. Qiymət artımının qarşısını almaq üçün sahibkarlarla qarşılıqlı razılaşma əsasında rayon mərkəzində ərzaq məhsulları yarmarkasının keçirilmiş, yarmarkada ərzaq məhsullarının, o cümlədən unun mövcud bazar qiymətlərdən aşağı qiymətdə satılması təmin edilmişdir.
Bunlarla yanaşı Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında əhalinin məşğulluğunun təmin edilməsi üçün rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda olan vakant yerlər barədə məlumat toplanmış, əlavə iş yerləri açılmışdır.
Rayonda 702 iş yerləri yaradılmış, indiyədək 521 nəfər işlə təmin edilmişlər. Rayonun rentabelli işləməsi, dotasiyanın aradan qaldırılması üçün ardıcıl işlər aparılır. 2015-ci ildə isə rayonda 1162 hektar sahədə pambıq əkilmiş və 3292 ton pambıq tədarük edilmişdir.
Rayonda ümumi emal gücü 40 min ton olan 2 pambıq emalı zavodunun olmasına baxmayaraq il ərzində qonşu rayonlardan daxil olan məhsulla birlikdə cəmi 9 min ton pambıq emal olunmuşdur.
Rayon sakinlərinin pambıqçılıq sahəsində peşəkarlığından, mövcud pambıq emalı zavodlarının potensialından daha geniş istifadə edilməsi üçün cari ildə rayonda 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılmış, birinci rüb ərzində 1700 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanmış və hazırda bu işlər sürətlə davam etdirilir.
Rüb ərzində rayon büdcəsinin yerli gəlirləri proqnozuna 101,7 faiz, xərcləri proqnozuna 87,1 faiz əməl edilmişdir.
Fiziki şəxslərdən gəlir vergisi (83,0), müəssisə, birlik və təşkilatların mənfəət vergisi (52,4), dövlət rüsumu (72,4), sair daxilolmalar (49,4) və torpağın icarəyə verilməsi (49,6) üzrə gəlirlər müstəsna olmaqla digər yerli gəlir proqnozlarına tam əməl edilmişdir.
Rayonun bütün zəruri xərclər icra edilmişdir.
Dövlət tərəfindən göstərilən diqqət və qayğın sayəsində rüb ərzində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı 8,2 faiz artaraq 9,8 min nəfərə çatmışdır.
Sahibkarlığın inkişaf etdirilməsi üçün SKMF-nin müvəkkil olduğu kredit təşkilatları tərəfindən rüb ərzində 70 sahibkara 588,7 min manat güzəştli kredit verilərək 72 yeni iş yerinin yaradılmasına şərait yaradılmışdır. Proqramın əvvəlindən 2614 sahibkara 70 mln. manat güzəştli kreditlər verilmiş, bu hesaba 4939 yeni iş yerləri yaradılmışdır.
Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində rüb ərzində 1266 yeni iş yerləri açılmışdır ki, bunun da 676-sı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 676-ı fiziki şəxslərdə, 590-nı digər layihələrin həyata keçirilməsində yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2014-cü il tarixli 961 nömrəli Sərəncamı əsasında qazılmış 20 subartezian və artezian quyuları istifadəyə verilmişdir (Cəyirli, Şirvanlı, Soğanverdilər, Qazıqurdalı, Hüseynbəyli, Əliyanlı, Bala Qacar, Mehdixanlı, Qaradəmirçi və Şahvəlilər kəndlərinin hər birində 1 ədəd, Əmirli və Xanərəb kəndlərinin hər birində 2 ədəd, Kətəlparaq kəndində hər birində 3 ədəd subartezian, Mirzəcəfərli, Anağalı və Samux kəndlərinin hər birində 1 ədəd artezian).
Aprelin 1 vəziyyətinə 5061 hektar sahədə yazlıq bitkilər, o cümlədən 2680 hektar sahədə yazlıq yonca, 149 hektar sahədə kartof, 1538 hektar sahədə tərəvəz, 460 hektar sahədə şəkər çuğunduru, 191 hektar sahədə bostan bitkiləri, 27 hektar sahədə günəbaxan, 16 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. 2015-ci ilə nisbətən buğanın əkin sahəsi 5 faiz, arpanın əkin sahəsi 2,9 faiz artmışdır.
Həmçinin 2015-ci ilin payızında əkilmiş 12547 hektar taxıl , o cümlədən 9437 hektar buğda, 3110 hektar arpa sahəsinə aqrotexniki qaydada xidmət göstərilmişdir.
Hazırda rayonda teniki bitkilərin, o cümlədən pambığın əkini üçün tədbirlər görülməkdədir. Cari ildə 4 min hektar sahədə pambıq əkilməsi üçün tədbirlər görülməkdədir. Pambıq əkiləcək sahələr müəyyənləşdirilmiş, pambığın vegetasiya suvarılmasının vaxtında aparılması üçün tədbirlər həyata keçirilmişdir. Pambığın alış qiymətinin artırılması bu sahəyə meylin artmasına səbəb olmuşdur.
Rüb ərzində rayona 71 baş ətlik-südlük və 19 baş südlük istiqamətli cins heyvan alınıb gətirilmişdir.
Heyvandarlığı inkişaf etdirmək üçün Qazaxlar kəndində süd qəbulu məntəqəsi tikilir.
Rüb ərzində 2328 baş iri buynuzlu heyvanlar süni mayalandırılmış, süni mayalandırılmış heyvanlardan 599 baş bala alınmışdır.
Rüb ərzində qaramalın baş sayı 5,8 faiz, o cümlədən inək və camışların sayı 5,1 faiz, qoyun və keçilərin sayı 1,8 faiz artmışdır.
Rübün sonuna rayonda mal-qaranın sayı 94,1 min başa, o cümlədən ana inək və camışların sayı 44,0 min başa, qoyun və keçilərin sayı 141,2 min başa çatmışdır. Sürüdə mal-qaranın 47,0 faizini ana inək və camışlar təşkil edir.
Hesabat dövründə diri çəkidə 3584 ton ət, 16928 ton süd, 4,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2015-ci ilin birinci rübünə nisbətən ət istehsalı 9,7 faiz, süd istehsalı 38,9 faiz, yumurta istehsalı 4,5 faiz artmışdır.
Rüb ərzində rayondan Bakı şəhərinə təşkil olunan yarmarkalara 295,6 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.
Rüb ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində işlər davam etdirilmişdir.
19963 nəfərin pensiyalarında olan artımlar pensiyaçılara vaxtında çatdırılmışdır.
Rüb ərzində məcburi dövlət sosial sığorta haqları üzrə 1731,2 min manat vəsait toplanaraq proqnoza 106,8 faiz əməl edilmışdır.
Keçən ilin müvafiq dövrünə nisbətən gəlirlər 14,0 min manat artmışdır.

Rüb ərzində 8291 nəfərə aylıq sosial müavinət və təqaüdlər, 1021 nəfərə birdəfəlik müavinət, 10724 nəfərdən ibarət 2570 ailəyə ünvanli dövlət sosial yardımı təyin edilib ödənilmişdir.
Rüb ərzində 224 nəfər tək-tənha, ahıl vətəndaşlara evlərdə sosial xidmət göstərilmiş, 8 nəfər əlilə əlil arabası, 40 nəfər əlil müalicə almaq üçün sanatoriyaya göndərilmişdir.
Rüb ərzində 2916 nəfər işlə təmin olunmaq barədə müraciət etmiş, 541 nəfər işaxtaran münasib işlə təmin (27 nəfər qadın, 134 nəfər gənc, 38 nəfər məcburi köçkün) edilmiş, 56 nəfərə işsiz statusu (12 nəfər qadın, 16 nəfər gənc, 14 nəfər məcburi köçkün) verilmiş, 60 nəfərə isə müavinət (15 nəfər qadınlar) təyin olunmuşdur.
Rüb ərzində nəqliyyat vasitələri 18,2 min manat, daşınmaz əmlak 0,5 min manat, fiziki şəxslərə məxsus heyvanlar 72 manat sığorta edilmiş, illik proqnoza 30 faiz əməl edilmişdir.
Birinci rüb ərzində rayonun Əmirli, Dəymədağıldı kəndlərinin, Güloğlular kəndinin yani yaşayış məhəlləsinin elektrik şəbəkələri yenidən qurulmuş, Tumaslı, Cumalar, Lənbəran, Əyricə, Kələntərli, Qasımbəyli və Mollalı kəndlərinin elektrik şəbəkələrinin yenidən qurulması işləri aparılır, rayon mərkəzində 8 ədəd yeni KTM quraşdırılmışdır.
İstehlak edilmiş elektrik enerjisinin haqqı 68,19 faiz ödənilmişdir.
Hesabat dövründə 128,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək 6 kənd (Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə) qazlaşdırılmış, 1108 abonentə təbii qaz verilmiş, Mehdili kəndinin qazlaşdırılması başa çatdırılmışdır.
Hazırda 3 kənd (Dəymədağıldı, Qazıqurdalı, Lənbəran) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür.
Hesabat dövründə 128,1 km müxtəlif diametrli qaz xətləri çəkilərək 6 kənd (Xəsili, Qazaxlar, Köbərkənd, Mollaisalar, Həsənli, Qaratəpə) qazlaşdırılmış, 1108 abonentə təbii qaz verilmiş, Mehdili kəndinin qazlaşdırılması başa çatdırılmışdır.
Hazırda 3 kənd (Dəymədağıldı, Qazıqurdalı, Lənbəran) qazlaşdırılır, 5 kəndin (Hacıbəyli, Hacıəhmədli, Kafarlı, Məşədiibişli, Bayramlı) qazlaşdırılması üçün tədbirlər görülür. Rüb ərzində istehlak edilmiş təbii qazın dəyərinin 88 faizi ödənilmişdir.
Rüb ərzində əhalinin və iqtisadiyyatın fasiləsiz olaraq içməli su ilə təmin etmək üçün şəbəkədə xidmət işləri aparılmış, 1 ədəd subartezian quyusunun dərinlik nasosu yenisi ilə əvəz olunmuş, 7 quyunun dərinlik nasosları və 1 quyunun transformatoru əsaslı təmir edilmiş, 6 quyu cari təmir edilmiş, suyun sərfiyyatının müəyyənləşdirilməsi üçün 30 ədəd su sayğacı, 5 quyunun elektrik sərfiyyatı üçün elektron sayğac quraşdırılmış, 32 su qəzası aradan qaldırılmışdır.
Rüb ərzində istehlak edilmiş içməli suyun dəyəri əhali tərəfindən 93,6 faiz, qeyri əhali tərəfindən 87,1 ödənilmişdir.
Əhaliyə göstərilən rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi üçün rüb ərzində rayon mərkəzində 0,9 km optik kabel çəkilmiş, Alaçadırlı kəndində 164 nömrə tutumlu Elektron ATS qurularaq istifadəyə verilmiş, 80 evə telefon rabitəsi verilmiş, Mərkəzi ATS-də 640, Şatırlı kənd ATS-də 128, Əyricə kənd ATS-də 128, Şirvanlı kənd ATS-də 32, Kələntərli kənd ATS-də 96 portluq DSLAM avadanlıqları qurulub istifadəyə verilmiş, 200 nəfər yeni abunəçi internet şəbəkəsinə qoşularaq internet istifadəçilərinin sayı 4984 nəfərə çatmışdır.
Hazırda şəbəkədə optikləşmə 97,7 faizdir.
Rüb ərzində əhaliyə 109 min manatlıq poçt xidmətləri göstərilərək proqnoza 116,6 faiz əməl edilmişdir.
Rüb ərzində gənclərin asudə vaxtının təşkili məsələləri daima diqqət mərkəzində saxlanılmış, yeniyetmə və gənclərlə bağlı 29, idmanla bağlı 11 tədbir keçirilmişdir. Rüb ərzində rayonun idmançıları müxtəlif nominasiyalı yarışlarda 1 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 11 medal qazanmışlar.
Rayonda aparılan ideoloji işin leykmotivini ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və çıxışlarından irəli gələn vəzifələrin operativ qaydada əhaliyə çatdırılması məqsədi ilə yaradılmış 11 təşviqat qrupu rüb ərzində sakinlərlə 84 görüş keçirilmiş, bu görüşlərdə əhalinin bütün zümrələrindən 4111 nəfər iştirak etmişdir.
Heydər Əliyev Mərkəzi rayonun siyasi həyatının mərkəzinə çevrilmişdir.
Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi üçün yaradılmış işçi qrupu geniş ictimaiyyətin iştirakı ilə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı rüb ərzində 2 tədbir keçirmiş, ulu öndər Heydər Əliyevlə təmasda olan bərdəlilərin xatirələrini, fotoşəkilləri, qəzet səhifələri toplanır və ziyarətçilərə təqdim olunur. Eyni zamanda mərkəzdə kompyuter, rəsm və şahmat dərnəkləri fəaliyyət göstərir.
Rüb ərzində Heydər Əliyev Mərkəzində 5 tədbir keçirilmiş, mərkəzi 6741 nəfərdən çox insan ziyarət etmişdir.
Rayonda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icrası tam təmin olunur, dindarlar arasında ictimai-siyasi duruma daima nəzarət edilir. Rüb ərzində əhalinin radikal dini təsirlərdən qorunması üçün silsilə tədbirlər keçirilmişdir.
Rayonda siyasi partiyaların 11 rayon təşkilatı fəaliyyət göstərir. Bu təşkilatların informasiya bazasının təhlili göstərir ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının yerli təşkilatı təsir göstərir. Digər partiyaların ilk təşkilatlarının sosial bazası yoxdur.
Hazırda rayonda Yeni Azərbaycan Partiyasının 10808 nəfər üzvü vardır.
Rayonda ictimai-siyasi durum sabitdir, sakinlər ümummilli lider Heydər Əliyev ideyalarına sadiqdirlər və Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.
Rüb ərzində rayonun sakinləri ordu quruculuğu üçün 15,3 min manat və ya keçən ilə nisbətən 4,4 min manat və ya 1,4 dəfə çox maddi yardım göstərmişlər. Əminəm ki, ordu quruculuğuna maddi yardım daha da artacaqdır
Rüb ərzində rayon İcra Hakimiyyəti başçısı aparatında 1587 nəfər, o cümlədən rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 512 nəfər qəbul edilmişdir. Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 8 qəbul-görüşü keçirilmiş, bu qəbul görüşlərdə 2490 nəfər sakinin iştirakı təmin edilmiş, 123 nəfərin müraciəti dinlənilmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən rayon icra hakimiyyəti başçısı tərəfindən aparatda qəbul edilənlərin sayı 93,9 faiz, yerlərdə qəbul edilənlərin sayı 70,8 faiz artmışdır.

Məruzə ətrafında rayon Qaz istismar sahəsinin rəisi Şəhriyar Qarayev, rayon Əhalinin sosial müdafiə mərkəzinin direktoru Raquf Məmtiyev, rayon Mərkəzi xəstəxanasının baş həkimi Rəna Mustafayeva, Mirzəcəfərli bələdiyyəsinin sədri Nurəddin Alıyev, rayon İcra Hakimiyyəti başçısının Yeni Daşkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi. Sabir Cahangirov, Muğanlı kənd tam orta məktəbin direktoru Zülfüqar Əsədov çıxış etmişlər.
Hesabat yığıncağında müvafiq məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

AİA.az
Geri dön