Ana Sayfa > İdman > "Messi dahidir"

"Messi dahidir"


7-04-2021, 16:30. Yazar: sevinc1
"Messi dahidir"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Fred Rodriqes meydanda qarşılaşdığı ən çətin rəqibin adını açıqlayıb.

AİA.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Neymar əla futbolçudur, ona qarşı oynamaq çətindir. Ancaq qarşılaşdığım ən çətin rəqib Messi idi. O, dahidir. Mənim üçün Messi dünyanın ən yaxşı oyunçusudur, inanılmaz bir futbolçudur. O, mənim ən çətin rəqibimdir".

Qeyd edək ki, Fred 2018-ci ilin yaylndan "Mançester Yunayted"də oynayır.
Geri dön