Ana Sayfa > Cəmiyyət > Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir -

Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir -


7-04-2021, 15:06. Yazar: sevinc1
Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir -


Ermənistan 30 il ərzində bütün dini abidələrimizi dağıdıb. Ağdam həmişə öz siması ilə seçilən şəhərlərdən olub. Bu gün isə Ağdama baxanda insanın ürəyi ağrıyır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə deyib.

A.Paşazadə bildirib ki, Ermənistanın məqsədi Azərbaycana aid izləri buradan silmək olub:

"Qəbiristanlıqda gördüklərimiz, dağıdılan məzarlar insanlığa xas olan əlamətlər deyil. Qarabağ şəhidlərinin məzarlığında olduq. Orada 150-dən çox şəhid məzarı var. Qəbirlərin qazılaraq qalıqların çıxarıldığını gördük. Bundan sonra hər birimizin borcudur ki, bu torpaqları bərpa edək. Bizim zəfərimiz bütün İslam dünyası üçün böyük qələbədir".

aia.az
Geri dön