Ana Sayfa > Karusel / Media > Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub -

Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub -


7-04-2021, 12:59. Yazar: sevinc1
Azərbaycalı hərbçilərin meyitləri təhqir olunub -

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda hərbi cinayətlər törədib.

Trend-in məlumatına görə, bu barədə "Amnesty International" təşkilatının məruzəsində deyilir.

Qeyd olunur ki, müharibə vaxtında nümayiş etdirilən videogörüntülərdə hərbi əsirlərlə kobud rəftar, eləcə də azərbaycalı hərbçilərin meyitlərinin təhqir olunması nüşahidə olunub.

"Boğazı kəsilən azərbaycanlı sərhədçinin də ölüm anını qeyd edən görüntülər mövcuddur".

Daha sonra məruzədə bildirilir ki, il ərzində Ermənistanda fikir və toplanma azadlıqları məhdudlaşdırılıb: "Məhdudiyyətlər əvvəlcə mart ayından sentyabradək COVID-19 pandemiyası ilə əlaqədar qüvvədə olan fövqəladə vəziyyətə görə, daha sonra sentyabrda müharibə ilə əlaqədar hərbi vəziyyətə görə tətbiq edilib".

aia.az
Geri dön