Ana Sayfa > Dünya > ÜST dünyada COVID-19-dan ölənlərin sayının artdığını bildirib

ÜST dünyada COVID-19-dan ölənlərin sayının artdığını bildirib


7-04-2021, 09:53. Yazar: sevinc1
ÜST dünyada COVID-19-dan ölənlərin sayının artdığını bildirib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVID-19 səbəbindən ölüm hallarının artdığını bildirdi.

Trend-in məlumatına görə, bu barədə təşkilatın həftəlik epidemioloji bülletenində məlumat verilib.

Bildirilib ki, son bir həftə ərzində dünyada koronavirusdan ölənlərin sayı 11 faiz artıb - 71 mindən çox insan ölüb.

Eyni zamanda, təşkilat altıncı həftə dalbadal yoluxan insanların sayında artım olduğunu qeyd edir. Son yeddi gün ərzində dörd milyondan çox yeni COVID-19-a yoluxma faktı aşkar edilib.

aia.az
Geri dön