Ana Sayfa > Dünya > Rusiyadan Ermənistana tank hissələri göndərilməsinin qarşısı alındı

Rusiyadan Ermənistana tank hissələri göndərilməsinin qarşısı alındı


6-04-2021, 18:00. Yazar: sevinc1
Rusiyadan Ermənistana tank hissələri göndərilməsinin qarşısı alındı


Ural əməliyyat gömrüyünün əməkdaşları tank tənzimləyicisinin ehtiyat hissələrini qanunsuz olaraq Ermənistana göndərilməsi ncəhdinin qarşısını alıb.
Azvision.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti məlumat yayıb. Məlumata görə, hərbi məhsullar 37 - 8L026P tənzimləyici hissələr və 30 RP-5 hissələrindən ibarət olub. Çatdırılmanı təşkil etmək üçün Rusiya Federasiyası vətəndaşı nəqliyyat və logistika şirkətinə saxta etibarnamə təqdim edib”.

Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin araşdırmasına əsasən, ələ keçirilmiş stabilizatorlar hərbi texnikada və “T-72” tanklarında quraşdırılır. İstehsalçı qeyd edib ki, bu məhsul Rusiya Federasiyası Müdafiə Nazirliyinin raket-artilleriya idarəsinin nomenklaturasına aiddir və onun açıq satışı qadağandır.

Qanunsuz ixrac faktı ilə əlaqədar Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi (“Hərbi texnika avadanlıqlarının qaçaqmalçılığı”) üzrə cinayət işi açılıb.

Bu maddə yeddi ilə qədər həbs cəzası və ya milyon rubla qədər cərimə nəzərdə tutur.


aia.az
Geri dön