Ana Sayfa > Manşet / Cəmiyyət > Fəxrəddin Vəliyev: “Azərbaycan bütün türkdilli dövlətlərlə əməkdaşlığı genişləndirir”

Fəxrəddin Vəliyev: “Azərbaycan bütün türkdilli dövlətlərlə əməkdaşlığı genişləndirir”


6-04-2021, 13:58. Yazar: sevinc1
Fəxrəddin Vəliyev: “Azərbaycan bütün türkdilli dövlətlərlə əməkdaşlığı genişləndirir”


“Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə bu təşkilatın həm nüfuzu, həm də gücü daha da artıb. 2020-ci il bütün Türk dünyası üçün həqiqətən də əsl Zəfər ili olub. Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Türk birliyini daha da gücləndirib.” Bu sözləri saytımıza verdiyi müsahibəsində Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib.


İlk növbədə bu gün türkdilli dövlətlər arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edən Fəxrəddin Vəliyev bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının xüsusilə son illər bu istiqamətdə fəaliyyəti yüksək effektivliyi ilə diqqəti cəlb edir: “Birmənalı olaraq deməliyik ki, ötən illər ərzində Türk Şurası son dərəcə səmərəli fəaliyyət göstərib və türkdilli dövlətlər arasında dostluq münasibətlərinin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi yönümündə böyük nailiyyətlər qazanıb. Bildiyiniz kimi, 2019-cu ilin oktyabrında Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündən sonra Azərbaycan bu təşkilata sədrlik edir. Qeyd etmək lazımdır ki, Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etdiyi dövrdə bu təşkilatın nüfuzu daha da artıb. Türk Şurasının Zirvə görüşündə də xüsusi olaraq qeyd edilib ki, 2020-ci il türk dünyası üçün həqiqətən də məhsuldar və hətta Zəfər ili olub. Türk dünyası önəmli uğurlarına, ən başlıcası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da güclənib. İkinci bir tərəfdən də Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün türkdilli dövlətlərlə dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın gücləndiriləməsini xarici siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Ölkəmizin geosiyasi mövqeyi imkan verir ki, Orta Asiyanın türkdilli dövlətləri ilə Avropa ölkələri arasında logistik dəhlizlər yaratmaqla, iqtisadi əlaqələri daha da genişləndirsin. Türkdilli dövlətlərin birliyi istiqamətində səylərin xüsusilə son illər daha da intensivləşdirilməsi isə bu birliyin zəruriliyi ilə şərtlənir.”

Daha sonra Fəxrəddin Vəliyev Türk Şurasının Zirvə görüşündə təşkilata üzv dövlətlərin başçılarına bir daha erməni vandalizmi barədə konkret faktların təqdim olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini də vurğulayıb və bildirib ki, türk dünyasına mövcud olduğu bütün zamanlarda açıq-aşkar düşmənçilik nümayiş etdirən erməni lobbisinə qarşı mütəşəkkil mübarizə aparılması da bu gün aktual məsələlərdən biri kimi gündəmdə olmalıdır: “30 ilə yaxın müddət ərzində erməni separatçıları Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi ərazilərini işğal altında saxladılar. Torpaqlarımızın təxminən 20 faizi Ermənistan tərəfindən zəbt edilmişdi, bir milyondan çox azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salındılar, qaçqın-köçkün həyatı yaşamaq məcburiyyətində qoyuldular. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparıldı, qətliamlar törədildi. 1992-ci ildə törədilən Xocalı soyqırımı nəticəsində 600-dən çox günahsız, dinc insan vəhşicəsinə öldürülüb. Ocümlədən 106 qadın, 63 uşaq vəhşicəsinə qətlə yetirilib. Və bütün bunlara görə 30 il ərzində heç kim cəzalandırılmayıb. İşğal dövründə erməni vandalları qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silməklə məşğul olublar. Şəhərlərimiz, kəndlərimiz viran qoyulub, maddi və mənəvi abidələrimiz dağıdılıb, talan edilib. Azərbaycan təkcə cismani deyil, həm də irsi soyqırımına məruz qoyulub. İşğaldan azad olunmuş ərazilər erməni vandalizminin birbaşa canlı şahididir. Azərbaycanın işğal altında olan torpaqlarında erməni qəsbkarları 30 il ərzində görünməmiş talançılıqla məşğul olub, ağlasığmaz vandalizm aktları həyata keçiriblər. Bütün bu illər ərzində əksər beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq möhtərəm Prezidentimizin də qeyd etdiyi kimi, bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti olmayıb. Çünki məsələ öz həllini tapmırdı. BMT Təhlükəsizlik Şurası – dünyanın ali beynəlxalq qurumu 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Bu qətnamələr 1993-cü ildə qəbul edilmişdir və icrasız qalmışdı. Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradıldı. Bu qurum 28 il ərzində fəaliyyət göstərsə də, heç bir nəticə hasil olmadı. Ermənistanın bu təcavüzkar siyasəti bütün Cənubi Qafqaz regionunun inkişafını da əngəlləyirdi. Lakin Azərbaycan Prezidenti hər zaman deyirdi ki, biz öz torpaqlarımızı geri alacağıq. Əgər məsələnin həlli sülh yoli ilə mümkün olmasa, biz bunu hərbi yolla edəcəyik. Əlbəttə ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr tərəfindən Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və müvafiq sanksiyalar tətbiq edilsəydi, məsələ sülh yolu ilə öz həllini tapa bilərdi. Lakin bu baş vermədi. Bu səbəbdən də Azərbaycan hərbi yolla öz torpaqlarını qaytarmağa məcbur oldu.”

Fəxrəddin Vəliyev həmçinin Türk Şurasının Zirvə görüşündə Cənubi Qafqazda yaranan yeni reallıqlar fonunda istər region ölkələri qarşısında, istərsə də ümumilkdə Avrasiya məkanında açılan böyük iqtisadi inkişaf perspektivlərinin yüksək qiymətləndirildiyini vurğulayıb: “Azərbaycanın tarixi qələbəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Öz növbəsində bu reallıqlar həm region ölkələri qarşısında, həm də ümumilkdə Avrasiya məkanında böyük iqtisadi inkişaf perspektivləri açmış oldu. Bu imkanlar Türk Şurasının Zirvə görüşündə də çox yüksək qiymətləndirilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında bütün region ölkələrinin bu imkanlardan yararlana biləcəklərini bir daha vurğuladı. Öz çıxışında dövlətimizin başçısı dedi ki, Azərbaycanın tarixi əraziləri olan Zəngəzur mahalından keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Beləcə bu layihələr bütün digər ölkələr üçün də yeni, əlavə imkanlar yaradacaq.”


Elbrus Bağırov
aia.az

Geri dön