Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > Azərbaycanda son sutkada 1099 nəfər COVID-19-a yoluxub, 34 nəfər ölüb

Azərbaycanda son sutkada 1099 nəfər COVID-19-a yoluxub, 34 nəfər ölüb


5-04-2021, 16:41. Yazar: sevinc1
Azərbaycanda son sutkada 1099 nəfər COVID-19-a yoluxub, 34 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1099 yeni yoluxma faktı qeydə alınıb, 647 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 271 834 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 242 293 nəfər müalicə olunaraq sağalıb, 3 711 nəfər vəfat edib, aktiv xəstə sayı 25 830 nəfərdir.

Qeyd olunub ki, ölkədə son sutka ərzində 6763, hazırkı dövrədək isə 2935718 test aparılıb.

aia.az
Geri dön