Ana Sayfa > Ölkə > Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb -
Azad edilmiş ərazilərdə 18 nəfər minadan həlak olub, 32 nəfər xəsarət alıb -5-04-2021, 10:55. Yazar: sevinc1 |
Ermənistanın mina xəritələrini təqdim etməməsi işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə daha çox vaxt və vəsaitin xərclənməsinə səbəb olur. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədr müavini Samir Poladov Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü ilə əlaqədar tədbirdə deyib. O qeyd edib ki, tank və piyada əleyhinə minalar əsas təhlükə mənbəyidir: "İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi barədə xəbərdarlıq üçün minlərlə bilbordlar quraşdırılıb. Həmin ərazilərdə minaların partlaması nəticəsində 18 nəfər həyatını itirib, 32 nəfər isə xəsarət alıb”. aia.az Geri dön |