Ana Sayfa > İdman > 35 yaşlı futbolçu ilə yeni müqavilə

35 yaşlı futbolçu ilə yeni müqavilə


2-04-2021, 16:19. Yazar: sevinc1
35 yaşlı futbolçu ilə yeni müqavilə

İspaniyanın "Real Sosyedad" klubu futbolçusu Naço Monrealla müqaviləni yeniləyib.

La Liqa təmsilçisi ispan müdafiəçi ilə 2022-ci ilin yayına qədər yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Monreal 2019-cu ildən "Real Sosyedad"da çıxış edir. 35 yaşlı müdafiəçi bu mövsüm 25 oyunda 2 qol vurub

AİA.Az
Geri dön