Ana Sayfa > Qərbi Azərbaycan > ÜST rəsmisi:
ÜST rəsmisi:1-04-2021, 18:03. Yazar: sevinc1 |
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanın peyvənd təşkilatçılığının ləng getdiyini vurğulayaraq yoluxma hadisələrinin regional artımına diqqət çəkib. “TRT Haber” məlumat verir ki, ÜST-nin Avropa üzrə direktoru Hans Kluge bu mövzu ilə əlaqədar açıqlama verib: “Peyvəndlər bizə epidemiyadan qurtulmağın ən yaxşı yolunu təklif edir”, - deyən Kluge bu peyvəndlərlə bağlı təşkilatçılığın “qəbuledilməz dərəcədə ləng” olduğunu bildirib. Kluge bu vəziyyətin epidemiya müddətini uzatdığını vurğulayıb: “İndi istehsalımızı artırmalı, peyvəndlərin tətbiqində maneələri azaldaraq, hər bir peyvəndi istifadə etməli və prosesi sürətləndirməliyik”. ÜST-dən bildirilib ki, Avropada epidemiya ilə bağlı vəziyyət gördüyündən daha pisdir. aia.az Geri dön |