Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirilər

Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirilər


1-04-2021, 16:37. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyasını davam etdirilər


Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının fəalları “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində Vətən Müharibəsində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmış rayonunun Məmmədabad kəndindən olan kiçik çavuş Ağayev Zabil Azər oğlunun məzarını ziyarət edərək məzarı önünə gül-çiçək dəstələri düzüblər, ailəsini ziyarət ediblər.

Ziyarət zamanı qeyd olunub ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən Müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı əbədi yaşayacaq, nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır. Görüşdə Şəhidin Vətən Müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub.

Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

aia.az







Geri dön