Ana Sayfa > Gündəm > Şuşaya çəkilən yolun 200 min kvadratmetr ərazisi minalardan təmizlənib -
Şuşaya çəkilən yolun 200 min kvadratmetr ərazisi minalardan təmizlənib -31-03-2021, 11:28. Yazar: sevinc1 |
![]() Füzulidən Şuşaya çəkilən yolda 200 min kvadratmetr ərazidə sahə minalardan təmizlənib. Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Mədət Məmmədov deyib. O qeyd edib ki, sözügedən ərazilər Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndində yerləşir: “Təmizləmə nəticəsində 207 ədəd tank əleyhinə mina, 168 ədəd piyada əleyhinə mina və 5 ədəd partlamamış silah-sursat aşkarlanaraq zərərsizləşdirilib”. aia.az Geri dön |