Ana Sayfa > İqtisadiyyat / Aia TV / Karusel > Neftimiz Bu həftə bahalaşdı

Neftimiz Bu həftə bahalaşdı


14-07-2015, 12:40. Yazar: admin



Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,54 dollar və ya 1,02% ucuzlaşaraq 52,20 dollar təşkil edib

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 1,50% yaxud 0,88 dollar geriləyərək 57,85 dollar/barel olub.

Amma Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,13 dollar yaxud 0,22% bahalaşıb.

Virtualaz.org Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən bildirir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 60,07 dollara bərabərdir.

Xatırladaq ki, Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda və dünən 59,94 dollar/barel olub.
Geri dön