Ana Sayfa > Parlament > Qaradağda daş karxanasında dəhşətli ölüm, mişar kombaynerin başını kəsdi
Qaradağda daş karxanasında dəhşətli ölüm, mişar kombaynerin başını kəsdi29-03-2021, 15:02. Yazar: sevinc1 |
Martın 27-də saat 05 radələrində Qaradağ rayonu, Korgöz qəsəbəsi ərazisində yerləşən daş karxanasında mişar daşı idarə edən – kombanyor, 1964-cü il təvəllüdlü Balafər Əmirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Qaradağ rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, kombayn mişarının Balafər Əmirovun baş nəhiyəsini kəsməsi nəticəsində o, hadisə yerində ölmüşdür. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir. aia.az Geri dön |