Ana Sayfa > İdman > UEFA-dan İstanbulda keçiriləcək ÇL finalı üçün yenilik

UEFA-dan İstanbulda keçiriləcək ÇL finalı üçün yenilik


29-03-2021, 14:04. Yazar: admen
UEFA-dan İstanbulda keçiriləcək ÇL finalı üçün yenilik

UEFA rəhbərliyi Çempionlar Liqasının bu mövsüm İstanbulda keçiriləcək finalında azı 9 min azarkeşin iştirakını təmin etmək niyyətindədir.

Hazırda hər iki komandanın fanatlarının həlledici oyunu izləyə bilməsi üçün müxtəlif təkliflər planı hazırlanır.

Buna misal olaraq biletlərin onlayn şəkildə satılması üçün ağıllı mobil sistemin hazırlanmasıdır.

Qeyd edək ki, 2020-ci ildə ÇL finalının İstanbulda təşkil edilməsi planlaşdırılsa da, sonda koronavirus pandemiyası səbəbindən həlledici oyun Portuqaliyanın paytaxtı Lissabonda keçirildi.

AİA.Az
Geri dön