Ana Sayfa > Seçki 2024 > Şəhid ailələri ziyarət olunub

Şəhid ailələri ziyarət olunub


29-03-2021, 13:21. Yazar: sevinc1
Şəhid ailələri ziyarət olunub


Martın 29-da Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının nümayəndələri rayonun Mollacəlilli kəndində Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tağıyev İmdad Rövşən oğlunun ailəsini ziyarət ediblər.

YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, deputatın köməkçisi Namiq Məmmədov və Göygöl rayon İHB-nın Mollacəlilli kənd İƏD-i üzrə nümayəndəliyi ərazi ilk partuya təşkilatının sədri Məmməd Məmmədov şəhid ailəsinin vəziyyəti ilə maraqlanıblar , ailəyə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür ediblər. Həmçinin şəhidlərin ailələrinə ərzaq yardımı edilib.

YAP Göygöl rayon təşkilatının nümayəndələri bildiriblər ki, Azərbaycan Dövləti öz oğullarının qəhrəmanlıqlarını yüksək qiymətləndirir və bunu heç zaman unudmayacaq.

Görüşdə şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

aia.az



Geri dön