Ana Sayfa > İdman > İdmançılarımız Bədii gimnastika üzrə Dünya Kubokunda bürünc medal qazanıb

İdmançılarımız Bədii gimnastika üzrə Dünya Kubokunda bürünc medal qazanıb


29-03-2021, 12:27. Yazar: admen
İdmançılarımız Bədii gimnastika üzrə Dünya Kubokunda bürünc medal qazanıb

Qrup hərəkətlərində Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bürünc medalını qazanıblar.

Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın yer aldığı komanda üç halqa və iki dəst gürzlə hərəkətlərdə 33.450 xal toplayıblar.

Birinci yeri Bolqarıstan komandası (39.750 xal), ikinci yeri Yaponiya komandası (35.800 xal) tutub.

Xatırladaq ki, dünən 70.950 bal toplayan Azərbaycan komandası qrup hərəkətlərində çoxnövçülükdə ikinci yerə yüksələ bilib.

Bədii Gimnastika üzrə Dünya Kuboku 26-28 mart tarixlərində Sofiyada keçirilib.

AİA.Az
Geri dön