Ana Sayfa > Qərbi Azərbaycan > Koronadan ölüm sayı niyə sürətlə artır? - Professor
Koronadan ölüm sayı niyə sürətlə artır? - Professor29-03-2021, 11:53. Yazar: admen |
Son günlərin statistikasında koronavirusdan ölüm sayının artması Britaniya ştammının letallıq göstəricilərinin yüksək olmasını göstərir. Bunu açıqlamasında professor Adil Qeybulla deyib. O bildirib ki, yeni ştammın uşaqlar və yeniyetmələr arasında özünü daha çox büruzə verməsi və ölüm hallarının artması ölkədə epidemioloji vəziyyətin pisləşməsinə işarədir: “Bu ştammın yoluxuculuq qabiliyyəti də xeyli artıb. Əslində virusun mutasiyaya uğrayaraq hansı yeni xassələr qazanmasını əvvəldən proznozlaşdırmaq çətin olur. Məntiqi baxımından isə virus mutasiya uğrayaraq zəifləməlidir. Amma indi bu prosesi müşahidə etmirik. Təkcə Britaniya ştammı deyil, mutasiyaya uğrayan xeyli ştamlar var. Təəssüf ki, bütün ölkələrdə genetik səviyyədə təhlillər aparılmır”. AİA.Az Geri dön |