Ana Sayfa > İqtisadiyyat > Bp şirkəti ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib

Bp şirkəti ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib


19-03-2021, 16:46. Yazar: sevinc1
Bp şirkəti ilə yaradılmış İşçi Qrupun ilk iclası keçirilib


18 mart tarixində Azərbaycan Respublikası Energetika Nazirliyi ilə bp şirkəti arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.

Videokonfrans formatında keçirilən iclas zamanı Anlaşma Memorandumunda nəzərdə tutulmuş fəaliyyət sahələri üzrə bp şirkətinin təklifləri, gələcək əməkdaşlıq üçün potensial sahələrin müəyyənləşdirilməsi, Azərbaycanda şəhərlərin yaşıl enerji konsepsiyasına uyğun inkişafı üzrə prioritetlərin aydınlaşdırılması və tərəfdaşlığın növbəti mərhələlərinin razılaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. bp şirkətinin “xalis sıfır emissiyalı şəhərlər”, inteqrə olunmuş enerji həlləri və karbonsuzlaşdırma üzrə təcrübəsi, Aberdin və Hyuston şəhərləri ilə bu istiqamətdə əməkdaşlığı barədə məlumat verilib.

Görüşdə iclas iştirakçıları ölkəmizdə energetika sektorunda bərpa olunan enerji mənbələrindən istifadə və enerji səmərəliliyi sahəsində həyata keçirilən layihələr haqqında məlumatlandırılıb.

İclasda İşçi Qrupunda təmsil olunan digər dövlət qurumlarının – İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərenerji” ASC və “Azərişıq” ASC-nin də
nümayəndələri iştirak edib.

Xatırladaq ki, cari ilin 22 fevral tarixində Energetika Nazirliyi və bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji, nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

aia.az


Geri dön