Ana Sayfa > Manşet / Gündəm > Azərbaycanda xüsusi karantin rejimi uzadıldı -
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı -19-03-2021, 16:11. Yazar: sevinc1 |
Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Qərar verib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aia.az-a bildirilib ki, Qərarda deyilir: “Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”. Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək: 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək; 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək; 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək; 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək; 1 may saat 00:00-dan 3 may saat 06:00-dək; 8 may saat 00:00-dan 10 may saat 06:00-dək; 15 may saat 00:00-dan 17 may saat 06:00-dək; 22 may saat 00:00-dan 24 may saat 06:00-dək; 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır. aia.az Geri dön |