Ana Sayfa > Media > Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir

Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir


18-03-2021, 13:04. Yazar: sevinc1
Ermənistan "Metsamor"un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir


Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.

O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.

Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.

aia.az
Geri dön