Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı
Azərbaycanda koronavirusun yeni ştammı aşkarlandı18-03-2021, 12:27. Yazar: sevinc1 |
Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. TƏBİB-dən aia.az-a verilən məlumata görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib. Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib. Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir. aia.az Geri dön |