Ana Sayfa > Seçki 2024 > Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir

Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir


18-03-2021, 11:08. Yazar: sevinc1
Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir


“Biz müsəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Müstəqilliyimizin möhkəmləndirilməsi işində bundan sonra da fəaliyyət göstərəcəyik. Bu, əbədi prosesdir. Müsəqillik deyəndə təbii ki, mən real müstəqilliyi nəzərdə tuturam. Burada da Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kin qabağında baş əymir, heç kimə hesab vermir. Ancaq Azərbaycan xalqının iradəsi Prezident kimi mənim üçün əsas məsələdir.”

Azərbaycan dövləti regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlığın bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqları beynəlxalq hüquq və normalar çərçivəsində qəbul edilmiş sənədlər və qərarlar əsasında apardı. Lakin Ermənistan öz işğalçı siyasətini davam etdirməkdən əl çəkmədi. Belə olan halda Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad olundu. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanun-qaydalarına tam əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.

Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq: “Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yöntəmək iradəsini nümayiş etdirir. Bu çox mühümdür”.

Bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri planlı şəkildə həyata keçirilir. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yeni həyat canlanır. Uzun müdət işğal altında saxlanılan ərazilərinizdə yaşayış məntəqələri, sosial-infrastruktur obyektləri, tarixi-mədəniyyət və dini abidələrimiz tamami ilə dağıdılmışdır. Bütün bunlara baxmayaraq Azərbaycan Erməni barbarları tərəfindən dağıdılmış, talan edilmiş məkanları bərpa edəcək. Davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşdıracaqdır. Təhlükəsiz yerlərdə infrastruktur layihələrin icrasına başlanılıb. Su, qaz elektrik təsərrüfatlarının bərpası və yenidən qurulması ilə bağlı işlər davam etdirilir. Sosial obyektlərin tikilməsi, yaşayış üçün şəraitin yaradılması, evlərin inşası işləri daha geniş vüsət alacaq, ardıcıl şəkildə plana uyğun olaraq həyata keçiriləcəkdir.

Azərbaycan sürətlə, əzmlə irəliləyir, yüksəlir, inkişaf edir. Nə qədər ki, xalqla Prezident bir yerdədir heç kim, heç bir qüvvə Azərbaycanı bu inkişaf yolundan döndərə bilməz. Xalqın mütləq əksəriyyəti İlham Əliyevin şəxsində müasir Azərbaycanın gücünün və qüdrətinin həlledici ifadəsini görməkdədir. Xalq İlham Əliyevi müasir inkişafın arxitektoru sayır. Bu gün xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünü, qüdrətini, əzəmətini qətiyyətlə bütün dünyaya nümayiş etdirir. İnsanlarımız tək bu günümüzü deyil, eyni zamanda Azərbaycanın gələcəyini Prezident İlham Əliyevin adı ilə bağlayır, ona güvənir və etibar edir. Onu da vurğulamaq tamamilə yerinə düşər ki, İlham Əliyevin hər şeydən əvvəl vətəndaşlarımızın daxili inamına əsaslanır və bu səbəbdən yüksək ictimai dəyərə və gücə malikdir. Ölkəmizin günü-gündən artan iqtisadi gücünün siyasi, diplomatik və hərbi amilə çevrilməsi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunması Azərbaycanın haqlı mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmləndirmiş, regional və beynəlxalq proseslərə təsir göstərmək imkanlarını əhəmiyyətli dərəcədə gücləndirmişdir.

Bizim hamımız qəti şəkildə inanırıq ki, Aəzrbaycanın əldə etdiyi bütün uğurlarda çox hörmətli birinci-vitse Prezident Mehriban Əliyevanın xüsusi yeri və rolu görünməkdədir. Bu müddət ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edərək məsul məsələlərin həllində Mehriban xanım Prezident İlham Əliyevin yanında onun ən yaxın silahdaşı olubdur. Doğma vətənimizin milli mənəvi dəyərlərinin dünya miqyasında tanıdılması və təbliği üçün çox böyük işlər görülmüş, Mehriban xanım yüksək təşkilatçılıq bacarığı və öz fəaliyyəti ilə bütün dünyaya sübut olunmuşdur ki, bu xalqın qadınları da igid, vətənpərvərdirlər.

Prezident İlham Əliyevin VII Qurultaydakı prqoram xarakterli çıxışları inkişafımızın növbəti hədəflərini müəyyən etməklə ölkəmizi qarşıdakı illərdə gözləyən yeni, daha əzəmətli uğurlara hamımızım inamını artırır. Prezidentin qarşıya qoyulan vəzifələr və onların yerinə yetirilməsi ilə əlaqədar konkret proqramı əks etdirən nitqi onun bariz ifadəsidir ki, İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən Heydər Əliyev siyasəti təkcə artıq tarixə çevrilmiş nailiyyətlərimizi deyil, həm də gələcək uğurların həlledici əsasıdır.


Fikrət Əhmədov
YAP Saatlı rayon təşkilatının Şura üzvü
aia.az

Geri dön