Ana Sayfa > Gündəm > Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi yekunlaşır

Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi yekunlaşır


18-03-2021, 10:02. Yazar: sevinc1
Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi yekunlaşır

Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi işləri yekunlaşmaqdadır.

Bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib. Bildirilib ki, tikinti işlərinin dövlət invesitisiya planına uyğun olaraq gələcək illərdə icrası nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu il 15 yanvar tarixli Sərəncamına əsasən Xudat–Şahdağ dəmir yolu xəttinin layihələndirilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

aia.az
Geri dön