Ana Sayfa > İdman > “Mançester Siti" və "Real Madrid" ÇL-nin dörddəbir finalında
“Mançester Siti" və "Real Madrid" ÇL-nin dörddəbir finalında17-03-2021, 09:22. Yazar: sevinc1 |
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində daha iki cavab oyunu keçirilib. Azvision.az xəbər verir ki, “Mançester Siti” klubu “Borussiya Mönhenqladbax” komandasını qəbul edib. Mançester təmsilçisi rəqibinə iki cavabsız qol vurub. "Şəhərlilər"in heyətində Kevin De Brüyne və İlkay Gündoğan fərqləniblər. Günün digər görüşündə “Real Madrid” İspaniyada “Atalanta” komandası ilə qarşılaşıb. Oyunda hesabı madridlilər 34-cü dəqiqədə açıb. "Real"ın əsas qol silahı Kərim Benzema fərqlənib. Fasilədən sonra "kral klubu" hesab arasındakı fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini kapitan Serxio Ramos dəqiq yerinə yetirib. Matçın 83-cü dəqiqəsində Berqamo təmsilçisi qollardan birinin əvəzin (Luis Muriel) çıxıb, iki dəqiqə sonra Marko Asensio yenidən komandasının üstünlüyünü iki topa çatdırıb. Qalan dəqiqələrdə hər iki komandanın fərqlənməyə şansı olsa da hesab dəyişilməyib. Qeyd edək ki, səkkizdəbir final mərhələsinə martın 18-də keçiriləcək "Çelsi" (İngiltərə) - "Atletiko Madrid" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. aia.az Geri dön |