Ana Sayfa > Manşet / Media > Rövşən Əkbərov niyə həbs olunub?
Rövşən Əkbərov niyə həbs olunub?16-03-2021, 10:42. Yazar: sevinc1 |
![]() Müdafiə Nazirliyinin sabiq korpus komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri bilinib. Trend-in məlumatına görə, R.Əkbərov qəsdən adam öldürməkdə təqsirləndirilib. Məlumata görə, o, Ukraynada baş verən qətl hadisəsində günahlandırılıb. Ukrayna hüquq-mühafizə orqanının məlumatı əsasında R.Əkbərov saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, R.Əkbərov 2020-ci ildə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb. aia.az Geri dön |