Ana Sayfa > Siyasət / Aia TV / Karusel > “Elçibəyi Vaşinqton devirib...” - amerikalı politoloqdan iddia
“Elçibəyi Vaşinqton devirib...” - amerikalı politoloqdan iddia14-07-2015, 12:24. Yazar: admin |
Uilyam Enqdala görə, Azərbaycanda seçilmiş prezidentə qarşı çevriliş hazırlamaq Ağ Evin hədəfində olub, MKİ Bakı-Ceyhana əsas maneə sayılan şimal marşrutunu Çeçenistanda necə əngəllədi – 22 il öncəki mürəkkəb olaylara daha bir ekspert baxışı Azərbaycanda 1992-93-cü illərdəki AXC hakimiyyətinin devrilməsi ətrafında müəmmalar hələ də qalır. Bir şey yəqindir ki, çevrilişdə xarici faktorlar mühüm rol oynayıb. O xüsusda ənənəvi olaraq, ölkə ictimai-siyasi şüurunda belə bir qənaət daşlaşıb ki, demokratik hökumət müstəsna olaraq Rusiyanın müdaxiləsi ilə siyasi səhnədən uzaqlaşdırılıb. Lakin belə görünür, fərqli düşünənlər, hətta nə qədər qəribə görünsə də, çevrilişin memarlarını okeanın o tayında - ABŞ-da axtaranlar var. Nüfuzlu amerikalı politoloq, iqtisadçı, müstəqil jurnalist, yazıçı, bir sıra məşhur kitabların və təhqiqatların müəllifi kimi tanınan Uilyam Enqdal kimi. “Pravda” qəzetinin məlumatına görə, politoloq son məqaləsində bu məsələ ilə bağlı az qala hər şeyi “yerbəyer” edib. Enqdal yazır: “1990-cı illərin əvvəllərində Dik Çeyninin (ABŞ-ın vitse-prezidenti olub -red.) ”Hulliburton" şirkəti Azərbaycanın, Qazaxıstanın və bütün Xəzər dənizi hövzəsi şelf neftinin potensialını qiymətləndirərək belə qənaətə gəlmişdi ki, bu region bazar qiyməti ilə bir neçə trilyon dollarlıq “yeni Səudiyyə Ərəbistanı” deməkdir. Odur ki, ABŞ və Böyük Britaniya tam qətiyyətli idilər ki, Rusiyanı belə neft sərvətinə buraxmasınlar. Vaşinqtonun ilk hədəfi də bu məqsədlə Azərbaycanın seçilmiş prezidenti Əbülfəz Elçibəyə qarşı çevriliş hazırlamaq oldu. Ki, onun yerinə Amerikaya münasibətdə daha dostcanlı olan, Bakı-Tiflis-Ceyhan “siyasi” neft kəmərini idarə edən bir prezidenti qoysun". Ekspert ardınca yazır: “O zaman Bakıdan xaricə uzanan yeganə neft kəməri sovet dönəmində tikilmişdi və Çeçenistan ərazisindən, Qroznıdan keçirdi. Həmin kəmərlə Bakı nefti Dağıstan və Çeçenistandan adlamaqla Qara dənizdəki Novorossiysk limanına ixrac edilirdi. Məhz bu kəmər Britaniya və ABŞ neft nəhənglərinin bahalı alternativ layihəsinə yeganə rəqib və əsas maneə idi. Ona görə də prezident Corc Buş (ata) Mərkəzi Kəşfiyyat İdarəsindəki (MKİ) özünün köhnə dostlarına göstəriş vermişdi ki, Rusiya kəmərini dağıtsınlar və Qafqazda elə bir xaos yaratsınlar ki, heç bir Qərb və ya Rusiya şirkəti Qroznıdan keçən neft xəttindən istifadəni belə ağlına gətirməsin”. Daha sonra müəllif Corc Buşun köhnə həmkarı, MKİ Milli Şurası direktorunun kəşfiyyat üzrə sabiq müavini Qrem Fallerin MKİ-nin mücahid strategiyasının əsas ideoloqu kimi təqdim edərək bildirir: “Faller MKİ-nin 1990-ci illərdəki Qafqaz strategiyasını belə xarakterizə edir: ”İslamın inkişafı və islamçılara köməyin idarə edilməsi siyasəti Əfqanıstanda Qırmızı orduya qarşı heyrət ediləcək dərəcədə yaxşı işləmişdi. Eyni doktrinalar Rusiya hakimiyyətinin qalıqlarını destabilizasiya eləmək üçün də istifadə oluna bilər". MKİ bu əməliyyat üçün “qara zarafatlar” veteranı, general Riçard Sekordan istifadə edirdi. Sekord 1980-ci illərdə MKİ-nin İrana qanunsuz silahlar verməsində baş rol oynadığına və narkotiklərlə əməliyyata görə mühakimə edilmişdi. 1991-ci ildə o, müdafiə nazirinin ikinci köməkçisi qismində Bakıya gəlib və MKİ-nin nəzarəti altında “MEQA Oyl” şirkətini yaradıb". “Azərbaycan Beynəlxalq Neft Konsorsiumunu formalaşdıran iki neft nəhəngi - bp və “Amoco”, müvafiq surətdə britaniyalılar və amerikalılar həmin dövlət çevrilişinin mənbəyində durur” Müəllifin sözlərinə görə, Sekorda Azərbaycanda yüzlərlə “əl-Qaida”çı mücahidin gizli şəkildə Əfqanıstandan Azərbaycana keçməsi üçün aviaşirkət təşkil edib: “1993-cü il üçün ”MEQA Oyl" 2 min mücahidi işə götürüb və silahlandırıb, mücahidlərin bütün Qafqazda terror əməliyyatları keçirməsi üçün Bakını bazaya çevirib. General Sekordun mücahidlərinin gizli əməliyyatı hərbi çevrilişə gətirdi ki, nəticədə Azərbaycanın qanuni seçilmiş prezidenti Əbülfəz Elçibəy devrildi. Onun yerini isə Heydər Əliyev tutdu. O vaxt Londonun “Sunday Times” nəşrinə Türkiyənin belə bir məxfi kəşfiyyat informasiyası sızmış və təsdiqləmişdi ki, Azərbaycan Beynəlxalq Neft Konsorsiumunu formalaşdıran bu iki neft nəhəngi - bp və “Amoco”, müvafiq surətdə britaniyalılar və amerikalılar həmin dövlət çevrilişinin mənbəyində durur". MKİ tərəfindən təhrik edilmiş çeçen konflikti nəticəsində ölənlərin dəqiq sayı bilinmir. Qeyri-rəsmi rəqəmlər 25-50 min arasında dəyişir. Onların çoxu həlak olan və ya itkin düşəm mülki şəxslərdir. ”Əsgər anaları" Komitəsinin məlumatına görə, Rusiyanın itkiləri 11 minə yaxın olub. Əvəzində anqlo-amerikan neft nəhəngləri və MKİ əməkdaşları xoşbəxt idilər. Onlar istədiklərini - Rusiyadan yan keçən Bakı-Tiflis-Ceyhan kəmərini aldılar. Çeçen cihadçıları isə Şamil Basayevin rəhbərliyi altında daxildə və Çeçenistandan kənarda partizan hücumlarını davam etdirirdilər..." *** Amerikalı politoloqun bəzi fikirləri ilə əslində razılaşmaq çətindir. Ən azı ona görə ki, Elçibəy hökuməti əsas neft kəmərinin məhz qərb marşrutunu dəstəkləyirdi və AXC hökuməti təpədən-dırnağa qərbpərəst idi. Əksinə, milli hökumətin devrilməsində ilk növbədə Rusiya və İran maraqlı idi. Əgər Rusiya hərbi bazalarının qısa müddətdə Azərbaycandan çıxarmasına və qərbyönlü kurs aparmasına görə Elçibəy iqtidarına qəzəbli idisə, Tehran Güney məsələsindən dolayı ondan ehtiyat edirdi. Doğrudur, şimal variantı Bakı-Ceyhana əsas əngəl idi və Qərbin bu variantı gündəmdən çıxarmaq yönündə səyləri mümkün və məntiqli sayıla bilər. Lakin eyni qaydada Moskva Qərb variantını gündəmdən çıxarmaq üçün qərbyönlü Elçibəy hakimiyyətinin devrilməsinə çalışırdı. Kəlbəcərin işğalına dəstək də böyük ölçüdə buna hesablanmışdı. O ayrı söhbət ki, Qərbin bu prosesin qabağına almağa, milli hökuməti saxlamağa, sadəcə, gücü çatmadı. Sonrası məlumdur.(musavat.com) Geri dön |