Ana Sayfa > Şou-biznes > "Xatirənin istədiyini mən 3 il əvvəl etmişəm" - Afət Fərmanqızı verilişlərə pulla gedirmiş
"Xatirənin istədiyini mən 3 il əvvəl etmişəm" - Afət Fərmanqızı verilişlərə pulla gedirmiş15-03-2021, 19:54. Yazar: admen |
Müğənni Afət Fərmanqızı Xatirə İslamın verilişlərə getmək üçün telekanal rəhbərlərindən qonorar istəməsi məsələsinə reaksiya verib. Sənətçi "Hüseynova bacıları" verilişində həmkarının istəyini 3 il əvvəl etdiyini söyləyib: "Bəzi verilişlər, aparıcılar var ki, ora getmək istəmirəm. Dəvət ediblər, demişəm, kartıma pul qoyun gəlim. Birinci oradakı texnika məni qane etmir. 65 kiloqram çəkim var, 95 kiloqram göstərirlər. Üzüm ləkəli görünür. Sözünü, sualını bilməyən aparıcılar var. Hansı verilişlərdə yoxamsa, oradan pul istəyirəm. Üç ildir belədir. Çünki veriliş vaxtımı alır. Onun üçün bir günümü sərf edirəm: paltar tapıram, makiyaja, saça gedirəm. Hamısı məsuliyyətdir. Xatirə xanım bunu verilişlərin hamısına şamil edir bilmirəm. Amma mən bəzilərinə edirəm. Hələ qonorar verən olmayıb. Çünki min manat istəmişəm. Hətta bir verilişə məktub da yazmışam ki, orada adım belə çəkilsə pul ödənsin". AİA.Az Geri dön |