Ana Sayfa > Parlament > “Ermənilər bacımın qəbrini dağıdıblar” -

“Ermənilər bacımın qəbrini dağıdıblar” -


15-03-2021, 17:25. Yazar: sevinc1
“Ermənilər bacımın qəbrini dağıdıblar” -

“Ermənilər bacımın qəbrini dağıdıblar, evimizi yerlə-yeksan ediblər. Ata yurdumu kol-kos basıb”.

Bunu Azvision.az -a Xalq artisti Nəzakət Teymurova doğma şəhəri Ağdamdan danışarkən deyib. Xanəndə Ağdamın xarabalıqlarını ürək yanğısı ilə izlədiyini söyləyib.

“Ağdam viranə qalıb. Evimimiz hələ görə bilməmişəm. İnternetə yerləşdirilən videolardan izləyirəm. Kimin ağlına gələrdi ki, uşaqlığımı, gəncliyimi keçirdiyim evimi bir gün axtarıb tapa bilməyəcəyəm. Qohum hərbçilərdən evimizi çəkib gətirmələrini xahiş etmişdim. Təsəvvür edin, baxıb tanımadım, evimizin cığırını tapa bilmədim. Baxdıqca halbahal oluram. Çox çətindir. Tək Ağdam deyil. Mən dekabr ayında Şuşada oldum. Ora gedərkən Füzulidən keçdikcə dağıntıları görüb, ürəyim qan ağlayırdı. İnsan belə vəhşiliyə, qəddarlığa necə əl ata bilər?!

Evimizin yerini kolluq, tikanlıq basıb. Atamın məzarı qalsa da, bacımın qəbrini dağıdıblar. Qəsəbəmizdə xeyli çinar, küknar ağacları var idi. İndi onların izi-tozu da qalmayıb. Heç olmasa o ağacları qırmazdılar.

Mart bayramından sonra Ağdama gedəcəyəm. İctimai Televiziyanın layihəsi əsasında orada sənədli film çəkiləcək. Filmdə iştirak edənlərdən biri də mən olacağam”, - deyə Xalq artisti bildirib.

aia.az
Geri dön