Ana Sayfa > Media > Bakıda toyda iştirak edən 31 nəfər cərimələndi

Bakıda toyda iştirak edən 31 nəfər cərimələndi


15-03-2021, 17:19. Yazar: sevinc1
Bakıda toyda iştirak edən 31 nəfər cərimələndi

Xətai Rayon Polis İdarəsinə (RPİ) rayon ərazisində yerləşən restoranlardan birində toy mərasiminin keçirildiyi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən aia.az -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasimin keçirilməsinin qarşısı alınıb.

Sanitar-epidemioloji normaları pozaraq toyda iştirak edən 31 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək hər biri 200 manat miqdarında cərimə edilib.

Toy mərasiminin təşkilinə şərait yaradan restoranın inzibatçısı R.Mirzağayev isə 4000 manat məbləğində cərimələnib.

aia.az
Geri dön