Ana Sayfa > Seçki 2024 > Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının nümayəndələri şəhid və qazi ailələrinə ziyarəti davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının nümayəndələri şəhid və qazi ailələrinə ziyarəti davam edir


15-03-2021, 09:34. Yazar: sevinc1
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl Rayon Təşkilatının nümayəndələri şəhid və qazi ailələrinə ziyarəti davam edir


13.03.2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının nümayəndələri şəhid və qazi ailələrinə baş çəkiblər.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının aparat rəhbəri Zamir Hüseynov, Deputatın köməkçisi Namiq Məmmədov və Göygöl rayon Texniki,Təbiət Fənləri Təmayüllü Lisey ərazi ilk partiya təşkilatının sədri Zəhra Zeynalova, rayonun Üçtəpə kəndində qazi İsmayılov Elşən Arzuman oğlu və şəhid Usubov Sabir Firdovsi oğlunun ailələri ilə görüşüblər.

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı nümayəndələri öz növbələrində qəhrəman övlad böyüdən şəhid və qazi valideynlərinə daim onların yanında olduqlarını bildiriblər. Şəhid və qazi ailələri də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

aia.az





Geri dön