Ana Sayfa > Ölkə > Heydər Əliyev Fondu Əməkdar artist Pərviz Bağırovun müalicəsini nəzarətə götürüb
Heydər Əliyev Fondu Əməkdar artist Pərviz Bağırovun müalicəsini nəzarətə götürüb12-03-2021, 13:13. Yazar: sevinc1 |
![]() Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb. Bu barədə Trend-ə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib. O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”. aia.az Geri dön |