Ana Sayfa > Manşet > Sərraf Heydərov: “Yeni Azərbaycan Partiyası bütün sağlam siyasi qüvvələri öz ətrafında birləşdirmək iqtidarında olan bir təşkilatdır”
Sərraf Heydərov: “Yeni Azərbaycan Partiyası bütün sağlam siyasi qüvvələri öz ətrafında birləşdirmək iqtidarında olan bir təşkilatdır”11-03-2021, 19:03. Yazar: admen |
![]() “Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə aparılan siyasi islahatların həyata keçirilməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. O cümlədən 2019-cu ildə YAP parlament fraksiyasının Milli Məclisin buraxılması xahişi ilə Ölkə Prezidentinə etdikləri müraciət siyasi islahatların daha geniş əhatə dairəsinə malik olamsı baxımından böyük əhəmiyyət kəsb edir.” Bu sözləri saytımıza verdiyi açıqlamasında YAP Lənkəran rayon təşkilatının İdarə Heyətinin üzvü Sərraf Heydərov deyib. Öz müsahibəsində Sərraf Heydərov ilk növbədə qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında Prezident İlham Əliyev ölkənin müharibədən sonrakı dövrdə bütün sahələrdə əsas inkişaf perspektivlərini müəyyənləşdirən prioritetləri təqdim edib: “Azərbaycan Vətən müharibəsində əldə etdiyi tarixi qələbəsilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı və bu reallıqlar bütün region ölkələrinin qarşısında tamamilə yeni inkişaf perspektivləri açmış oldu. Qeyd edə bilərəm ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr hər zaman bölgəyə yenilik gətirib, beynəlxalq əməkdaşlığın inkişafına xidmət edib. Prezident İlham Əliyevin yürütdüyü uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaradıb. Bu gün məhz bu layihələr ətrafında birləşən və onların icrası yönümündə ölkəmizlə birgə çalışan dövlətlərin sayı artmaqdadır. Bütün bu və digər məqamlar artıq Azərbaycanın tamamilə yeni bir inkişaf dövrünə qədəm qoyması üçün müvafiq imkanlar yaradıb. Yeni Azərbaycan Partiyasının Sədri, Ölkə Prezidenti cənab İlham Əliyevin partiyanın VII qurultayındakı çıxışında təqdim etdiyi əsas proritetlər də ölkənin bu imkanlardan səmərəli şəkildə yararlanmasını təmin edəcək. İlk növbədə biz yeni dövrdə ölkədə siyasi dialoqu daha da dərinləşdirməliyik. Məhz bu əsasla ölkədə milli birliyin və həmrəylik mühitinin daha da gücləndirilməsinə nail olmaq mümkündür. İqtisadi sahədə qarşıya qoyulan əsas hədəflər şəffaflıq və dürüstlüyün daha da gücləndirilməsi və inhisarlara son qoyulmasıdır. Bu hədəflər birmənalı olaraq ölkədə sahibkarlığın daha da inkişafı üçün mühitin bir qədər də sağlamlaşdırılmasına və vətəndaşların rifah səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Nəhayət xarici siyasətlə bağlı dövlətimizin kursu dəyişməz olaraq qalır. Aydındır ki, bu kurs Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasını təmin edən ən doğru yoldur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm də xarici siyasət kursunun yeganə düzgün yol olmasının ən bariz təsdiqi də məhz elə İkinci Qarabağ müharibəsinin nəticələridir.” Həmçinin müsahibimiz belə bir məqamı da vurğulayıb ki, 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulması Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən mütərəqqi siyasi islahatların yüksək effektivliyinin bir göstəricisidir. Sərraf Heydərovun sözlərinə görə, bu hadisə həm də hakim partiyaya qarşı olan inam və etimad göstəricisi kimi dəyərləndirilməlidir: “Birmənalı olaraq deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı əsaslı islahatlar zəminində ölkədə formalaşmış və son dövrlərdə daha da güclənmiş milli birlik və həmrəylik mühiti Vətən müharibəsində Azərbaycanın parlaq Qələbəsini təmin edən əsas amillərdən biri kimi çıxış etmişdir. Hələ müharibədən əvvəl dövlət başçısının təşəbbüsü ilə ölkədə başlamış siyasi dialoq müharibə dövründə daha da gücləndi. Bu gün də ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim yaranmışdı. Ölkədə siyasi qüvvələr arasında sağlam dialoqun yaradılmasına xidmət edən mütərəqqi islahatların nəticəsi olaraq əksır partiyalar arsında konstuktiv münasibətlər qurulmuşdur. O cümlədən 6 siyasi partiyanın - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının YAP-a qoşulması da islahatların effektivliyinin və doğruluğunun göstəricisidir. Eyni zamanda da bu hadisə cəmiyyətimizin iqtidara və hakim partiyaya olan inamının təsdiqidir. Heç bir şübhə yoxdur ki, bu birləşmə Azərbaycanda yeni, daha mütərəqqi və demokratik siyasi sistemin formalaşmasına böyük bir töhvə olacaq.” Kənan Vəliyev Səməd Quluyev AİA.AZ Geri dön |