Ana Sayfa > Karusel > Azərbaycan ordusu üçün yeni texnika - Nazirdən açıqlama

Azərbaycan ordusu üçün yeni texnika - Nazirdən açıqlama


18-04-2016, 18:29. Yazar: admin
Azərbaycan ordusu üçün yeni texnika - Nazirdən açıqlama





“Biz nəzərdə tutumuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək".

“Qafqazinfo” xəbər verir ki, bunu ANS-ə müsahibəsində Malayziyada keçirilən sərgidə iştirak edən Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalov deyib. 2017-ci ildə həmin maşınların serialı istehsalına başlamaq planlaşdırlır.

Nazir sərgidə əsas məqsədin yeni silah növlərinin istehsalı, müxtəlif məsafəli yer-yer, hava–yer , hava-hava raketlərinin Azərbaycana gətirilməsi, istehsalının təşkil edilməsi olduğunu söyləyib.

Malayziyanın Kuala Lumpur şəhərində DSA-2016 15-ci Asiya Müdafiə Xidmətləri sərgisi və konfransı işə başlayıb. Sərgidə Azərbaycanı müdafiə sənayesi naziri Yavər Camalovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edir.
Geri dön